Accessibility links

Rusiya Ukraynaya 3 milyard dollarlıq yardım paketi verib. Bu, iqtisadi çətinliklər yaşayan Ukraynaya yardımın bir hissəsi olmaqla yanaşı, Bu ölkəni Avropa İttifaqından uzaq saxlamaq cəhdidir.

Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Moskvada ukraynalı həmkarı Mikola Azarovla gürüşü zamanı yardımın bir hissəsini ona təqdim edib.

Ötən həftə əldə edilən sazişə əsasən Rusiya Ukraynaya satdığı təbbi qazın qiymətini endirməli və Ukraynaya 15 milyard dollarlıq borc verməklə yardım göstərməlidir.

Ukrayna hökumətinin bu qərarı genişmiqyaslı etirazlara yol açıb.
XS
SM
MD
LG