Accessibility links

Arseniy Yatsenyuk Moskvanı Üçüncü Dünya Müharibəsinə başlamaq istəyində günahlandırır


Kiyevlə Moskvanın çoxsaylı əsgərinin sərhəd bölgəsində biri-birinə yaxınlaşdığı bir vaxt Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanı Ukraynanı hərbi və siyasi baxımdan işğal etmək istədiyində günahlandırıb.

Yatsenyuk bu gün Rusiyanın atdığı addımların Avropada daha geniş hərbi münaqişəyə gətirib çıxaracağı barədə xəbərdarlıq edib. O, Moskvanın Üçüncü Dünya Müharibəsini başlatmaq istədiyini deyib.

ABŞ prezidenti Barak Obama Rusiyanın Rusiyapərəst separatistlərin hökumət binalarını zəbt etdiyi Ukraynanın şərqinə müdaxilə etməsini tənqid edib.

Bu gün ABŞ prezidenti Barak Obama Ukrayna böhranını telefonla Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, İtaliyanın baş naziri Matteo Renzi və Britaniyanın baş naziri Devid Kameronla müzakirə edib.
Ağ Evin bildirdiyinə görə, prezident Amerikanın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edəcəyini deyib.

ABŞ dövlət katibi Con Kerri isə Moskvanın separatistlərin qarşısını almamaqla baha başa gələcək bir səhvə yol verdiyini deyib.

Ukraynanın Kramatorsk şəhərindəki baza yaxınlığında hərbi vertolyotu vurulub. Bəzi rəsmilər vertolyotun Rusiya tərəfdarı yaraqlıların reaktiv qumbarası, digərləri isə snayper atəşi ilə vurulduğunu bildirib.
XS
SM
MD
LG