Accessibility links

Donetskə uçuşlar dayandırılıb


Ukraynada böhranın dərinləşdiyi bir vaxt Donetsk şəhər rəsmiləri şəhərə və şəhərdən uçuşları dayandırıb.

Uçuşların ləğv edilməsinin səbəbləri və bu vəziyyətin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Donetsk hava limanının veb səhifəsində açıqlanan bəyanatda təyyarələrin gəliş və gedişinin hökumət əmrinə əsasən qadağan edildiyi deyilir.

Ukrayna hökumətinin sözçüsü uçuşlara qadağanın 24 saat və ya daha artıq davam edəcəyini bildirib, lakin hava limanının bağlanmasının səbəbini açıqlamayıb.

Ukrayna vətəndaşlarının Avropaya inteqrasiya və ya Rusiya ilə daha yaxın əlaqələr qurmaq üçün mübarizə etdiyi bir vaxt on illər ərzində ən dərin böhranla qarşılaşıb.

Rusiya tərəfdarı separatçılar Ukraynanın şərqində onlarla şəhərləriə nəzarəti ələ alaraq, Ukraynadan ayrılıb Rusiyaya birləşməyə dair səsvermə keçirilməsini tələb edir.
XS
SM
MD
LG