Accessibility links

Rusiyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, prezident Vladimir Putinin əmri ilə Rusiyanın Ukrayna sərhədindəki qoşunları mövqelərini tərk edərək, bazalarına qayıtmaq üçün hazırlıqlar görür.

NATO isə öz növbəsində bazar ertəsi Rusiya hərbi qüvvələrinin sərhəddən çəkildiyinə dair heç bir əlamətin olmadığını bildirib.

Bazar ertəsi axşam müxbirlərə görüşən Ağ Evin sözçüsü Cey Karni də Rusiya qüvvələrinin hələ də olduqları mövqelərdən geri çəkilmədiyini deyib.

Lakin bu gün Rusiya televiziyası Ukrayna ilə sərhəd Bryansk, Belqorod və Rostov bölgələrində Rusiya ordusunun geriyə, bazalarına qayıtmaq üçün hazırlıqlar apardığı göstərilən video yayımlanıb.

NATO Rusiyanın Ukrayna ilə sərhəd boyunca 40 min əsgəri qüvvə yerləşdirdiyini deyib.
XS
SM
MD
LG