Accessibility links

Rusiya enerji nəhəngi Qazpromun nümayəndələri Kiyev 2 milyard dollarlıq borcunu ödəmədiyinə görə Ukraynaya qaz təchizatını dayandırır.

Qazprom ödəmə müddətinin keçdiyinə görə Ukraynaya bundan sonra təbii qazı əvvəlcədən ödəniş edildikdən sonra satacağını bildirib.

Bundan əlavə Qazprom Ukraynanın 4.5 milyard dollar dəyərində olan ümumi borcunu ödəməsi üçün Stokholm arbitrar məhkəməsinə müraciət edib.

Avropanın bir çox hissələrini qazla təchiz edən kəmər Ukraynadan keçir. Qazprom Avropa ölkələrini məlumatlandırıb ki, Ukraynaya verilən qazın kəsintisinin onlara heç bir təsiri olmayacaq.

Gazpromun sözçüsü deyib ki, Ukraynanın dövlətə məxsus Naftogaz şirkəti qazın avropalı sifarişçilərə çatdırılmasına məsuliyyət daşıyır.

Rusiya ilə Ukrayna aprel ayında Moskva Ukraynaya satdığı qazın hər 1000 kub metrinin qiymətini 480 dollara, az qala iki dəfə artırdıqdan sonra enerji mübahisəsi yaşayır.

Rusiya o zamandan bəri Kiyevə 20 faiz endirim təklif edib. Lakin Kiyev daha çox endirim tələb edərək, qazı əvvəlkinə yaxın qiymətə almağa çalışır.
XS
SM
MD
LG