Accessibility links

Donetsk döyüşləri zamanı 300 separatçı öldürülüb [Fotoqalereya]


Ukrayna prezidenti Petro Poroşenkonun ölkənin şərqində rusiyapərəst separatçılarin müqavimətinə son qoyacaq 14 hissədən ibarət sülh planını açıqlayacağı gözlənilir.

Plana separatçılarin silahı yerə qoymaq və ya ölkəni tərk etmələrinə şans vermək üçün birtərəfli atəşkəs daxildir.

Ukrayna hökuməti planın bəzi hissələrini açıqlayıb. Plana eyni zamanda Ukrayna ilə Rusiya sərhədində 10 kilometrlik buffer zona yaradılması da daxildir.

Bu arada Kremlin süzçüsü Dmitri Peskov Rusiya qüvvələrinin Ukrayna sərhədi yaxınlığına göndərilməsinin əvvəlcədən planlaşdırıldığını və bunun Rusiya sərhədinə nəzarət etmək məqsədi daşıdığını deyib.

O, bu çıxışı NATO Rusiyanın qoşunlarını yenidən sərhədə yaxınlaşdırdığını deməsindən bir gün sonra edib.

NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, təxminən bir neçə min əlavə əsgər regiona göndərilib. O, buni geriyə addım adlandırıb.

Eyni zamanda Ukrayna hökuməti Ukrayna təhlükəsizlik rəsmilərinin Donetsk regionunda döyüşlər zamanı 300 separatçını öldürdüyünü bildirib. Lakin bu rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XS
SM
MD
LG