Accessibility links

Ukrayna rəsmiləri ölkənin şərqində separatçılar tərəfindən ələ keçirilmiş qadın ordu zabitinin qaçırılmasına görə Rusiyanı günahlandırıb. Rəsmilər qadının dəhral azad edilməsini və geri göndərilməsini tələb edib.

Yerli medianın məlumatına görə 33 yaşlı Nadejda Savçenko separatçılar tərəfindən iyun ayında Rusiya ilə sərhəddə yerləşən Luqansk şəhərində döyüşlər zamanı ələ keçirilib.

Ukrayna Xarici İşlər nazirliyi açıqladığı bəyanatda bildirib ki, Savçenko ələ keçirildikdən sonra separatçılar tərəfindən qanunsuz sərhəddən Rusiya tərəfinə keçirilib.

Nazirliyin bəyanatında eyni zamanda insident Rusiya kəşfiyyat xidmətinin Ukraynada baş verən hadisələrdə terrorçulara yardım etməsinə sübut kimi qiymətləndirilir.

XS
SM
MD
LG