Accessibility links

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko Rusiya silahlı qüvvələrinin öz əsgərləri və hərbi texnikasını Donetsk şəhəri daxil olmaqla altı, Luqansk daxil olmaqla isə daha dörd bölgədə yerləşdirdiyini bildirib. Hər iki şəhər Rusiya tərəfdarı separatçıların istinadgahıdır.

Andrey Lısenko deyib ki, ölkənin şərqində 24 saat ərzində 15 Ukrayna əsgəri öldürülüb.

NATO Ukraynada Rusiyanın min əsgərinin olduğunu təxmin edir. Rusiya əsgərlərinin Ukrayna ərazisində olduğunu dəfələrlə rədd edib.

BMT-nin Baş katibi Ban Ki Mun Rusiya və Ukrayna arasında siyasi dialoqa çağıraraq, Ukrayna böhranının hərbi həlli olmadığını deyib.

BMT-nin qaçqın agentliyi Ukraynanın şərqində avqust ayıdan 117 mion insanla müqayisədə hazırda 250 min insanın məcburi köçkün olduğunu bildirib.

Agentliyin Avropa bürosunun direktoru Vinsent Koxteh Cenevrədə müxbirlərə deyib ki, ərazilərin atəşə tutulması nəticəsində insanlar ərzaq, su və ehtiyac olan digər ləvazimatları əldə etmək imkanından məhrum olublar.

XS
SM
MD
LG