Accessibility links

NATO 1000-ə yaxın Rusiya əsgərinin Ukrayna daxilində olduğunu bildirib. Daha əvvəl isə Ukrayna prezidenti Petro Poroşenko ölkədə olan rus qüvvələrinin 70 faizinin geri qayıtmasının atəşkəsin qüvvədə qalmasına yardım edəcəyini deyib.

NATO-nun hərbi komandiri bu gün alyansın bu haqda heç bir məlumata malik olmadığını bildirib. Adı çəkilməyən zabit bildirib ki, bu, yaxşılığa doğru ilk addım ola bilərdi.

O, Ukraynada hələ də çoxsaylı hərbi təchizatın və sərhədlər boyunca Rusiyanın 20 min əsgərdən ibarət qüvvəsinin qaldığını bəyan edib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası separatist qüvvələrin Rusiya ilə sərhədyanı bölgələrdəki ərazilərin nəzarəti genişləndirdiyini bildirib.

Moskva separatistlərin Rusiyadan yardım aldığını etiraf etmələrinə baxmayaraq, qüvvələri və hərbi təchizatın Ukraynaya daxil olduğunu inkar edir.

XS
SM
MD
LG