Accessibility links

Ukrayna qoşunlarını buffer zonadan çıxarır


Ukrayna rəsmiləri ölkənin şərqində rusiyapərəst separatçılarla döyüşdükləri buffer zonadan qoşunların çıxmağa başladıqlarını bildirib.

Hərbi sözçü deyib ki, üsyançı hücumlarının azalması Kiyevə ötən həftə 30 kilometrlik buffer zona yaradılmasına dair əldə edilmiş razılığı həyata keçirməsinə imkan verəcək.

Dünən Ukrayna zorakılıqlar dayanmayınca qüvvələri bölgədən çıxarmayacağını demişdir.

Ukrayna ilə separatçılar arasında sentyabrın 5-i atəşkəsə dair razılıq əldə edildikdən sonra atışmalar səngimək bilmirdi. Bazar günü separatçıların nəzarət etdiyi Donetsk şəhəri ətrafında ağır döyüşlər qeydə alınıb.

NATO bildirib ki, Rusiya əsgərləri hələ də Ukraynadadır. Rusiya ittihamları təkzib edir.

Ukrayna prezidenti Petro Poroşenko dövlət televiziyasına deyib ki, Ukrayna şərq regionuna nəzarəti yalnız hərbi yolla əla ala bilməyəcək. O deyib ki, fərqi yoxdur regiona nə qədər Ukrayna qoşunu göndərilir-göndərilsin, Rusiya da regiona eyni miqdarda qoşun göndərəcək.

XS
SM
MD
LG