Accessibility links

Ukrayna prezidenti deyib ki, sosial və iqtisadi islahatların geniş planının bir hissəsi kimi onun ölkəsi 2020-ci ildə Avropa İttifaqına üzvlüyə müraciət edəcək.

Petro Poroşenko deyib ki, islahatlar Ukraynanı Avropa İttifaqına üzv olmağa hazırlayır.

Ukraynanın baş naziri Arseni Yatsenyuk beynəlxalq ictimayyəti Kiyev Krım da daxil olmaqla bütün ərazilərini geri almayınca Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağa çağırıb.

BMT-nin Baş Assambleyasında çıxış edən cənab Yatsenyuk Rusiya prezidenti Vladimir Putinə birbaşa mesaj göndərib.

“Cənab Putin siz qoşunlarımıza qalib gələ bilərsiniz. Amman siz heç bir vaxt Birləşmiş Ukrayna xalqına qalib gələ biləməyəcəksiniz” – deyə Yatsenyuk bildirib.

Ukraynanın baş naziri deyib ki, Rusiya Ukrayna ərazilərini işğal etmək, rusiyapərəst separatçıları silahlansdırmaq və Krım yarımadasını zəbt etməklə beynəlxalq qanunları pozub.

XS
SM
MD
LG