Accessibility links

Almaniya Ukraynada bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb


Almaniyanın xarici işlər naziri deyib ki, Ukraynanın üsyançıların nəzarətində olan şərq regionlarında vəziyyət yenidən ciddiləşib. Nazir bütün tərəflərin atəşkəs haqda razılığa hörmət etməli olduğunu deyib.

Frank Valter Ştaymeyer Qazaxıstana səfəri zamanıdeyib ki, Rusiya da daxil olmaqla münaqişəyə cəlb olunmuş tərəflər sentyabr ayında Minskdə əldə edilmiş atəşkəsin qaydalarına tam şəkildə riayət etməlidir.

Onun açıqlamaları Avropa müşahidəçilərinin Rusiyadan Ukraynanın şərqinə ağır silah və sursat karvanının göndərildiyi haqda məlumat verməsindən sonraya təsadüf edir.

Ağ Ev bu məlumatlarla bağlı narahatlığını ifadə edib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadet Mihan xəbərdarlıq edərək bildirib ki, rusiyapərəst üsyançıların Ukraynanın şərqində daha da çox ərazini zəbt etməsi atəşkəsin açıq-aşkar pozulması hesab ediləcək.

Minhan hər iki tərəfi sentyabr ayında əldə edilmiş razılığa hörmət etməyə, əsasən də Moskvanın sərhəddən qoşun, silah və təchizat daşınmasını dayandıracağı barədə verdiyi vədinə əməl etməyə çağırıb.

XS
SM
MD
LG