Accessibility links

NATO Rusiyanın Ukraynanın daxilində əlavə hərbi qüvvə topladığını bildirir


NATO-nun Baş katibi Cens Stoltenberq deyib ki, Rusiya həm Ukraynanın daxilində, həm də Rusiya ilə sərhəd boyu böyük miqdarda hərbi qüvvə yerləşdirir. O, Rusiyadan əraziyə qoşun və müdafiə sistemləri də daxil olmaqla hərbi avadanlıq gətirilib.

Brüsseldə çıxış zamanı Stoltenberq Moskvanı qoşunlarını geri çəkməyə və Ukraynanın rusiyapərəst separatçılarla Ukrayna qüvvələrinin döyüşdüyü şərqində vəziyyətin sabitləşməsinə kömək etməyə çağırıb.

Ukrayna hərbi qüvvələri bazar günündən bəri təxminən beş əsgərin öldüyünü və səkkiz nəfərin yaralandığını bildirib.

Rəsmi Moskva şərqi Ukraynada üsyançılara birbaşa yardım etdiyini davamlı olaraq rədd edib və şərqdə rusiyapərəst separatçılarla birgə döyüşən Rusiya əsgərlərinin könüllülər olduğunu bildirib.

Bu arada, Almaniyanın xarici işlər naziri Frank Valter Staynmayer tərəfləri sentyabr ayında atəşkəsə dair əldə edilmiş razılığa riayət etməyə çağırıb. Moskvaya səfərindən əvvəl o, Ukraynanın paytaxtında müxbirlərin suallarına cavab verib.

XS
SM
MD
LG