Accessibility links

Ukraynanın şərqində Ukrayna əsgərləri və rusiyapərəst üsyançıların əksəriyyəti elan edilmiş atəşkəsə riayət edir. “Sükut Günü”ndən 24 saat sonra ara-sıra atəş səsləri qeydə alınıb.

“Sükut Günü” hər iki tərəfi silahlı toqquşmaların hələ də baş verdiyi sentyabr ayında əldə edilmiş atəşkəs rejiminə riayət etməyə ruhlandırmaq məqsədi daşıyır.

Atəş səsləri kəsilsə, tərəflər ağır artilleriyanı cəbhə xəttdən geri çəkərək buffer zonası yaratmağı planlaşdırır.

Münaqişənin davamlı və əhatəli həlli istiqamətində danışıqların cümə günü Belarusda keçirilməsi nəzərdə tutulub.

ABŞ və onun müttəfiqləri Moskvanın üsyançıları dəstəkləməsinə görə Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq edib.

Rusiyanın baş naziri Dmitri Medvedev sanksiyaların onun ölkəsinin iqtisadiyyatına zərər vurduğunu etiraf edib.

XS
SM
MD
LG