Accessibility links

Ukraynada siyasi böhran bazar ertəsi günü müdirini idarədə azadlığı boğmaqda ittiham etmiş baş prokuror müavininin istefası ilə daha da dərinləşib. Korrupsiyada günahlandırılmış prezidentin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş Meydan nümayişlərindən iki il sonra korrupsiyaya qarşı mübarizə hökumətin gələcəyi ilə bağlı müzakirələrinin əsas mövzusuna çevrilib.

Ukraynanın baş prokurorunun müavininin istefası İqtisadiyyat naziri Aivaras Abromavisin bu ayın əvvəlində oxşar addımından sonraya təsadüf edir. Hər iki rəsmi Ukraynanın hazırki prezudentinin tərəfdarlarının geniş yayılmış korrupsiyada ittiham edir.

Aivaras Abromavisus: “Bu etibar və dəyərlər böhranıdır. Düşünürəm ki, biz bu fürsətdən istifadə edib, tamamilə fərqli düşüncəyə sahib insanları vəzifəyə gətirməliyik.”

Ukrayna parlamenti koalisiya hökumətinin fəaliyyəti ilə bağlı hesabatı müzakirə etmək üçün çərşənbə axşamı günü iclas keçirir. Bu, etibar səsverməsinin keçirilməsinə yol aça bilər.Təhlilçilər deyir ki, əgər hökumət süquta uğrasa, Ukraynanın inkişafı daha da geriləyə bilər.

Orisia Lutseviç: “Fikrimcə, heç kim yeni seçkilərin keçirilməsində maraqlı deyil. Çünki buna oxşar parlament seçiləcək. Bu sadəcə iqtisadi çətinliklər dövrü vaxt və maliyyə itirilməsi deməkdir.”

Prezident Viktor Yanukoviçin devrilməsinə səbəb olan nümayişlərdən iki il sonra Ukraynada islahatların ləng getməsi Qərb müttəfiqləri üçün sınağa çevrilib.

Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, Ukrayna üçün ayrılmış 40 miliyard yardım paketi risk qarşısındadır.

Prezident Petro Poroşenko islahatların ləng getməsinə görə ölkənin şərqində rusiyapərəst separatçılarla davam edən münaqişəni günahlandırır. Münhendə Təhlükəsizlik Konfransında çıxış edərkən o bildirib ki, o, Moskvaya sərt mesajlar verib.

Petro Poroşenko: “Qüvvələrini Ukrayna ərazisindən, həm Donbas, həm də Krımdan çək. Ukrayna-Rusiya sərhəddində Ukraynanın nəzarət etdiyi hissəni geri qaytar. Bütün əsirləri azad et və o zaman bu ərazilərdə nə müharibə, nə də gərginlik olacaq.”

Rusiya bir il əvvəl əldə edilmiş Minsk razılığına sadiq qalacağını bildirib. Razılığa əsasən demilitariziya qarşılığında Kiyev üsyançıların nəzarət etdiyi ərazilərə daha geniuş muxtarliyyət verməlidir.

Dmitri Medvedev: “Hər iki tərəf sözsüz Minsk razılığına əməl etməlidir. Lakin razılığın həyata keçirilməsi əsas etibarilə Kiyev rəsmilərindən aslıdır.”

Ukrayna ordusu Donbasda yerləşən qüvvələrin son 24 saat ərzində 71 dəfə atəşə məruz qaldığını iddia edir.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri münaqişənin son altı ay ərzində ən pis nöqtəyə çatdığını deyib. Belə olan halda Minsk razılığına əsasən Ukraynanın şərqində keçirilməsi nəzərdə tutulan seçkilərin bir neçə ay təxirə salınacağı gözlənilir.

XS
SM
MD
LG