Accessibility links

Ukrayna höküməti separatistlərlə danışıqlarına hazırlaşır


Danışıqlar Belarusda keçiriləcək

Ukrayna hökümətinin çəşənbə günü rusiyapərəst separatistlərlə görüş keçirəcək. Danışıqlar ölkənin şərqindəki müharibənin başa çatdırılması ilə bağlı olacaq.

Belarusda baş tutacaq danışıqlarda Ukrayna nümayəndələri, üsyançılar, Rusiya və ATƏT-in təmsilçiləri iştirak edəcək.

Danışıqların gündəminə döyüşlərin azalmasına səbəb olan sentyabr atəşkəsinin möhkəmləndirlməsi salınıb. Danışıqlara qoşun və ağır silaların geri çəkilməsi, məhbusların mübadiləsi və Şərqi Ukraynaya humanitar yardımın göndərilməsi də daxil olacaq.

Çərşənbə axşamı Ukrayna parlamentinin ölkənin neytrallığına səs verməsi Rusiyanı qəzəbləndirib. Kiyevin Rusiyaya qarşı sərtləşən mövqeyinin göstəricisi olan səsvermə Ukraynaya Qərblə daha yaxın hərbi və strateji əlaqələr yaratmağa yol açır.

XS
SM
MD
LG