Accessibility links

Ukrayna separatçıları muxtariyyət istəyirlər [Video]


Donetskdə müharibədən bezmiş insanlar artıq siyasi gələcəklərinə etinasız yanaşır

Ukraynanın cənub-şərqində Rusiyanın dəstəklədiyi üsyançılar Avropaya və Qərbə yaxın olan Kiyev hökumətindən muxtariyyət əldə etmək uğrunda mübarizə aparır. Lakin onlar bu muxtariyyəti müəyyənləşdirməyə çalışdıqları bir vaxt, region getdikcə Rusiyadan asılı vəziyyətə düşür. Eyni zamanda, Donetskdə müharibədən bezmiş insanlar artıq siyasi gələcəklərinə etinasız yanaşır.

Donetskdə kafe sahibi olan Yelena deyir ki, onlar qərbi Ukraynadan müxtəlif qəhvə növləri alırdılar, indi isə cəmi iki növ.

Hətta əgər Luqanks Xalq Respublikası və Donetsk Xalq Respublikası Ukraynaının hissəsi olaraq qəbul edilsələr belə faktiki olaraq müstəqil olacaqlar

Rusiyalı təchizatçılar üsyançıların ələ keçirdiyi ərzaq dükanları üzərində nəzarəti artırır, Qərbdən gələn təchizatlar isə saatlarla nəzarət-buraxılış məntəqələrində ləngiyir.

“Bu vəziyyət bizə bilavasitə təsir edib, çünki məhsullarımız çoxu artıq mövcud deyil.”

Supermarketdə daha az çeşidli məhsullara rast gəlinir, bəzi məhsulların qiymətləri isə artıb.

Bəzi insanlar üçün supermarketdə alış-veriş etmək çox bahadır, kafeyə getməkdən isə heç söz ola bilməz.

Yelena çoxlarının bölüşdüyü fikri səsləndirir - onu regiona kimin nəzarət etdiyi maraqlandırmır.

“Əsas məsələ müharibənin olmaması, mənim isə sakitcə işə gedib gəlməyim, küçədə qorxmadan gəzə bilməyim, insanların sağlam olması, qan tökülməməsidir. Bu, əsas məsələdir. Ona görə də bizə kimin nəzarət etdiyi məni maraqlandırmır.”

Donetsk

Donetsk

Fevralda daha geniş müxtariyyyətlə bağlı əldə olunan razılığa baxmayaraq, Rusiyanın dəstəklədiyi üsyançılar regionun Ukraynanın tərkib hissəsi olaraq qalması üçün çox qanın töküldüyünü deyir. Üsyançıların komadiri Aleksandr Kurenkov şəxsən belə düşünür.

“Mənim oğlum bu müharibədə həlak olub. Yelenovkada – İvan. Siz mənim xanımımın bunu bağışlayacağına inanırsız? Mənim o tərəfdə qardaşlarım yoxdur və mən bu müharibənin qardaş xalqlar arasında müharibə adlandırılmasına nifrət edirəm.”

Üsyançı liderlər təkcə özlərini və Moskvanı təmsil edir, deyə Ukrayna prezidentinin sözçüsü Ratislav Pavlenko cavab verir.

O qeyd edir ki, Kiyev rəsmiləri döyüşlərin dayandırıldığı və seçkilərin Ukrayna qanunlarına uyğun şəkildə keçirildiyi təqdirdə müxtariyyət danışıqları aparacaq və maliyyə əlaqələrini bərpa edəcəklər.

"Bu, onların sosial yardım ödənişlərinin tam şəkildə edildiyindən və pulların silahlı şəxslərə deyil ehtiyacı olanlara çatacağından əmin olmasına imkan yaradacaq."

Mənim o tərəfdə qardaşlarım yoxdur və mən bu müharibənin qardaş xalqlar arasında müharibə adlandırılmasına nifrət edirəm

Donetsk banklarında təqaüdlər rus rublu ilə ödənir.

Kömür daxil olmaqla regionun ixracatının çoxu da Rusiyaya ixrac olunur.

Üsyançılar Moskva bu planı rədd edənədək, Rusiyanın tərkib hissəsi olmaq istəyirdi.

Donetsk universitetinin tarix fakültəsinin dekanı Kiril Çerkaşin isə deyir ki, onların yenidən Ukraynanın tərkibinə qayıtmasını təsəvvür etmək çətindir.

“Mən deyərdim ki, hətta əgər Luqanks Xalq Respublikası və Donetsk Xalq Respublikası beynəlxalq miqyasda müstəqil dövlətlər kimi tanınmasalar və Ukraynaının hissəsi olaraq qəbul edilsələr belə faktiki olaraq müstəqil olacaqlar.”

Rusiyanın üsyançılara dəstəyi aşkardır və üsyançılar Moskvanın onları yönlədirməsini gözləyir...

adi insanlar isə sülhə can atır və hər hansı bir siyasi gələcək haqda düşünmürlər.

XS
SM
MD
LG