Accessibility links

Ukraynanın şərq bölgəsində hökumət binalarını ələ keçirən separatistlərə verilən möhlət başa çatır.

Ukraynanın Luqans və Donetsk şəhərlərindəki silahlı separatistlər hökumətin amnistiya təklifini rədd edib. Kalaşnikov tüfəngləri ilə silanlahmış və zirehli gödəkçələr geymiş nümayişçilər referendum tələb etdiklərini və yalnız bu halda silahlarını yerə qoyacaqlarını bildirib.

Ukraynanın daxili işlər naziri Arsen Avakov dünən deyib ki, ya danışıqlar yolu ilə, ya da zor gücünə çümə günü ələ keçirilən binalar azad ediləcək.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu gün Donetsk liderləri ilə görüşündən sonra qarşıdurmanın həll ediləcəyinə dair nikbinliyini dilə gətirib. O, mərkəzi hökumətin dialoqa hazır olduğunu və bütün vətəndaşların arzusunun nəzərə alınacağını deyib.

Ukraynanın müvəqqəti baş naziri Donetskdə olub.

Valilər və merlərlə görüşündən sonra Arsenir Yatsenyuk deyib ki, Ukraynanın dəyişdirilən konstitusiyasına dəstək verib və konstitusiyaya görə yerli hökumətlər mərkəzi hökumət tərəfindən təyin edilməyəcək və hər bir regionun referendum keçirməyə haqqı var.

O, Ukraynada rus dilinə məhdudiyyətlər tətbiq edilməyəcəyini və hər kəsin azad şəkildə rusca danışmağa ixtiyarı olduğunu bildirib.

Lakin hökumətin hədələrinə baxmayaraq, gücdən istifadə edilməyib.

Nümayişçilərin də təslim olduğuna dair heç bir hal müşahidə edilməyib.

Son rəy sorğularına görə, Ukraynanın şərq regionlarının sakinləri Rusiya ilə birləşməkdən imtina edir.

Dünən NATO Rusiyanın 40 min nəfərlik qüvvəsi, tanklar və təyyarələrinin Ukrayna sərhədlərinə yerləşdirdiyinə dair şəkilləri açıqlayıb.
XS
SM
MD
LG