Accessibility links

Rusiya ilə sərhəd bölgədə Ukraynanın döyüş təyyarəsi vurulub


Ukraynanın ordu sözçüsününü bildirdiyinə görə, Rusiya ilə sərhəd bölgədə döyüş təyyarəsi vurulub. O, SU-25 təyyarəsinin pilotunun təyyarədən tullanaraq sağ qaldığını bildirib.

Son günlər Ukraynanın hökumət qüvvələri ilə rusiyapərəst separatistlər arasında qızğın döyüşlər gedir. Bir neçə gün ərzində 55 mülki vətəndaş həlak olub.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası təyyarənin vurulmasına görə Rusiyanı günahlandırıb.

Rusiya ittihamlara münasibət bildirməyib.

Döyüşlər nəticəsində onlarla sərhəd keçikçisi Rusiya ərazisinə keçərək yaralılara yardım istəyib. Bu məlumatı Rusiya rəsmiləri yayıb.

Separatistlər daha bir hərbi təyyarənin dünən vurulub salındığını iddia edir.

Bazar ertəsi Ukrayna ordusu 8 nəfəri daşıyan təyyarənin Rusiya ərazisindən atılan raket hücumu zamanı düşdüyünü xəbər verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG