Accessibility links

Müxalifət lideri və keçmiş baş nazir Timoşenko parlament seçkilərinin saxtalaşdırılmasına görə aclıq aksiyasını davam etdirir

Ukrayna məhkəməsi aclıq elan etmiş ölkənin keçmiş baş naziri Yuliya Timoşenkonun məhkəmə işini təxirə salaraq noyabr ayının 23-nə təyin edib.

Məhkəmə artıq bir neçə dəfədir təxirə salınıb. Xanım Timoşenkoya qarşı vergidən yayınma və dövlət əmlakının mənimsəniləməsi ittihamları irəli sürülüb.

7 illik həbs cəsasını çəkən xanım Timoşenko ittihamların siyasi motivlərlə əlaqədar olduğunu deyərərək, bunun prezident Viktor Yanukoviçin onu siyasi rəqib kimi aradan qaldırmaq cəhdləri çərçivəsində edildiyini bildirib.

Ukrayna parlament seçkilərinin bir gün öncə saxtalaşdırıldığını iddia edən müxalifət lideri və keçmiş baş nazir oktyabr ayının 29 da aclıq aksiyasına başlayıb.

Beynəlxalq seçki müşahidəçiləri və AŞB hökuməti də seçkiləri tənqid edib.
XS
SM
MD
LG