Accessibility links

Ukrayna və Rusiya təbii qaz təchizatı ilə bağlı danışıqlar barədə razılıq əldə edib

  • Amerikanın səsi

Ukrayna və Rusiya təbii qaz təchizatı ilə bağlı danışıqlar barədə razılıq əldə edib

Ukrayna və Rusiya təbii qaz təchizatı ilə bağlı danışıqlar barədə razılıq əldə edib

Ukrayna və Rusiya təbii qaz təchizatı ilə bağlı növbəti danışıqların yanvar ayının 15-də keçirilməsi barədə razılıq əldə edib. Hər iki ölkə danışıqların müsbət və konstruktiv şəkildə keçiriləcəyinə ümid bəslədiyini bəyan edib.

Ukrayna Rusiyaya təbii qaz ödənişinin azaldılmasına, Rusiya isə 2009-cu ildə əldə edilən razılığın şərtlərinin davam etdirilməsinə çalışır.

Bu arada həbsdə olan sabiq baş nazir Yuliya Timoşenko veb səhifəsində prezident Viktor Yanukoviçə ünvanladığı məktubda onu Ukraynanın qaz kəməri sistemini Rusiyaya təslim etməməyə çağırıb. Timoşenko Ukraynanın qaz nəqliyyatı sistemini ölkənin son strateji mənbəyi adlandırıb. Sabiq baş nazir Yanikoviçə bir dəfə təslim olduğu təqdirdə, bir daha Moskva ilə müzakirələrin mümkün olmayacağı barədə xəbərdarlıq verib. O, Yanukoviçi Avropa İttifaqına inteqrasiyadan yayındığına görə tənqid edib.

Timoşenko 2009-cu ildə Rusiya ilə qaz razılığı əldə etdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Ona qarşı bir sıra digər ittihamlar da irəli sürülüb.

XS
SM
MD
LG