Accessibility links

Ukraynanın Litoçki kəndindəki qocalar evində yanğın baş verib


Ukraynanın Fövqəladə Hallar Xidmətinin bildirdiyinə görə, Litoçki kəndindəki qocalar evində yanğın səbəbi ilə 17 nəfər həyatını itirib.

Kiyevdən 40 km-lik məsafədə yerləşən bu kənddəki ikimərtəbəli evdə yanğın bu gün səhər baş verib. Hadisə zamanı binada 35 nəfər olub. 18 nəfəri xilas etməyə nail olunub. 5 nəfər müxtəlif yanıq dərəcələri ilə xəstəxanaya çatdırılıb.

Ukraynanın baş naziri Volodimir Qrovsman hadisəni dəhşətli fəlakət adlandıraraq, təcili araşdırmalara göstəriş verib.

XS
SM
MD
LG