Accessibility links

Ukraynalılar Yanukoviçin devrilməsinin ildönümünü qeyd edir


Anti-Yanukovich protesters wave a Ukranian flag atop a Ukranian Army Armoured Personnel Carrier (APC) outside the parliament building in Kiev February 27, 2014. Activists gathered outside parliament in Kiev as deputies vote for a new national unity govern

Anti-Yanukovich protesters wave a Ukranian flag atop a Ukranian Army Armoured Personnel Carrier (APC) outside the parliament building in Kiev February 27, 2014. Activists gathered outside parliament in Kiev as deputies vote for a new national unity govern

Ukraynada Kreml yönümlü prezident Viktor Yanukoviçin hakimiyyətdən devilməsinin ildönümü qeyd edildiyi bir vaxt hökumətin nəzarətində olan Xarkiv şəhərdə bomba partlayışı nəticəsində iki həfər həlak olub.

Rəsmilərin sözlərinə görə, Yanukoviçin devrilməsini qey edən nümayişçilərə qarşı həyata keçirilən bomba hücumu nəticəsində ən azı 10 nəfər isə yaralanıb. Şəhər Rusiya tərəfdarı separatçılarla döyüşlərin getdiyi bölgədən 200 kilometr aralıdadır, ancaq üsyançılar Ukarynanın şərqində olan ən böyük şəhər olan Xarkivdə son bir ilə ərzində çoxsaylı zorakı etirazlar həyata keçiriblər.

Polis son hücumlar bağlı bir neçə şübhəlinin saxlandığını bildirib. Ukrayna təhlükəsizlik rəsmisinin iddiasına görə, onlar silahları və təlimatı Rusiyadan alıb.

Bundan başqa minlərlə insan Ukrayna prezidenti Petro Poroşenkonun rəhbərliyi ilə Kiyevin Azadlıq meydanında dinc nümayiş keçirərək bir il əvvəl Yanukoviç əleyhinə aksiyalar zamanı ölən 100 insanın xatirəsini yad edib.

Bir ilə əvvəl Yanukoviçin devrilməsi ilə Rusiyanın Krımı ilhaqı və Ukraynanın şərqində döyüşlər başladı. Son bir ildə separatçılarla döyüşlər nəticəsində Ukraynanın 5600-dən çox əsgəri həlak olub.

XS
SM
MD
LG