Accessibility links

Beynəlxalq Valyuta Fondu Ukraynaya 18 milyard dollarlıq kredit vəd edib. Bunun müqabilində Ukraynada ciddi iqtisadi islahatlar həyata keçirilməlidir. Bunlara valyuta məzənnəsinin dəyişkən saxlanması, enerji qiymətlərinin qaldırılması və Ukraynanın enerji nəhəngi Naftoqazın rekonstruksiyası daxildir.

Beynəlxalq Valyuta Fondunun növbəti iki il üçün Ukraynaya 14-18 milyard dollarlıq krediti beynəlxalq ictimayyətdən toplanmış pula əlavə olaraq 27 milyard dollar təşkil edəcək.

Ukraynanın baş naziri Arseni Yatsenyuk parlamentdə çıxışında deyib ki, Beynəlxalq Valyuta Fondunun xilas paketi olmadan Ukraynanın iqtisadiyyatı 10 faiz azala bilər. O, ölkənin iqtisadi və maliyyə iflası astanasında olduğunu bildirib.
XS
SM
MD
LG