Accessibility links

Ukrayna höküməti yeni problemlərlə üzləşir


Yuliya Timoşenko
Yuliya Timoşenko

Çərşənbə günü Ukraynanın əsas siyasi partiyalarından biri hakim koalisiyadan ayrılıb. Bununla yanaşı. Rusiya Ukraynanı 3 milyard dollar dəyərində avro istiqrazlarına görə məhkəməyə verib.

Sabiq baş nazir Yuliya Timoşenko Vətən partiyasının Ukraynada hakim koalisiyadan ayrıldığını elan edib. O bu koalisiyanın ölkədə islahatların aparılmasının qarşısını aldığını deyib.

Koalisiyanın dörd fraksiyasından ən kiçiyinə başçılıq edənən Timoşenko digər üzvləri parlamentdəki yerlərini qorumaq məqsədilə əlbir hərəkət etməkdə günahlandırır.

Timoşenkonun partiyası koalisiyadan ayrılsa da, prezident Petro Poroşenko və çərşənbə axşamı etimadsızlıq səsverməsindən qalib çıxan baş nazir Arseniy Yatsenyuk hələ də parlamentin əksəriyyətinə nəzarət edir. Onlar 450 yerdən 217-nə nəzarət edərək, kolisiyadakı ən böyük fraksiyanı təmsil edir.

Bundan əlavə çərşənbə günü Rusiya Londonun Ali Məhkəməsində Ukraynaya qarşı məhkəmə işi açıb. Moskva Kiyevin 3 milyard dəyərində avro istiqraz borcunu geri ödəməkdən imtina etdiyini idda edir.

Moskva 2013-cü ilin dekabr ayında Rusiyanın dəstəklədiyi o vaxtkı prezident Viktor Yanukoviçin etirazlar səbəbilə ölkəni tərk etməsindən az öncə Kiyevə 3 milyard dollar dəyərində borc verib.

Kiyev Moskvanın bir neçə imilyard dollarlıq borcunun 2013-cü ilin noyabrında Kiyevin Avropa İttifaqı ilə imzaladığı azad ticarət razılığını ləğv etmək qərarına görə Yanukoviçə rüşvət olaraq ödəndiyini iddia edir.

Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçıları dətəkləməyə başlamasından bəri Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir.

2014-cü ilin aprel ayından bəri hökümət qüvvələri ilə Donbasdakı rusiyapərəst separatçılar arasında gedən döyüş 9 min insanın ölümünə səbəb olmaqla yanaşı, Ukraynanın sənaye mərkəzini məhv edib.

Çərşənbə günü etimadsızlıq səsverməsindən əvəl prezident Poroşenko Yatsenyukun istefaya getməsini istəyib. Buna səbəb rəy sorğularının ictimaiyyət arasında Yatsenyuk hökumətindən geniş narazılığın olmasını göstərməsi olub.

Son rəy sorğuları ukraynalıların 70 faizinin Yatsenyukun istefasını dəstəklədiyini göstərib. Onun "Xalq cəbhəsi" parlament blokuna yalnız bir faiz dəstək verilib.

XS
SM
MD
LG