Accessibility links


Kiyevdə Qərb diplomatlarının ATƏT-in sammitinə toplaşdığı vaxt minlərlə nümayişçi hökumət əleyhinə etirazları davam etdirir.

Nümayişçilər Avropa İttifaqı ilə ticarət sazişini bağlamaqdan imtina etdiyinə görə prezident Viktor Yanukoviçin istefasına çağırır.

Kiyevdə ATƏT-in toplantısında iştirak edən Qərb ölkələrinin rəsmiləri Ukrayna hökumətini nümayişçilərin narahatlıqlarını nəzərə almağa çağırıb.

Görüşdə iştirak edən ABŞ Dövlət katibinin yardımçısı Viktoriya Nuland deyib ki, bu, Ukrayna hökumətinin öz xalqının istəklərini nəzərə alacağı, ya da onların ümidlərini puça çıxaracağı bir məqamdır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qərbin Ukrayna hökumətinin nümayişlərə reaksiyası ilə bağlı tənqidlərini qınayıb.

Ukraynanın Baş naziri Mikola Azarov hökumətin nümayiçələrlə dialoqa hazır olduğunu deyib.

Çərşənbə günü Ukraynanın üç keçmiş lideri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko birgə bəyanatla çıxış edərək, hökumət əleyhinə nümayişlərə dəstək bildiriblər.

Ukrayna prezidenti Viktor Yanukoviç rəsmi səfərlə Çindədir.
XS
SM
MD
LG