Accessibility links

Ukraynanın keçmiş daxili işlər naziri, hazırda müxalifət lideri Yuri Lutsenko Avropa İttifaqı tərəfdarı olan nümayişçilər və polis arasında toqquşmalar zamanı döyüldükdən sonra xəstəxanaya aparılıb.

Insident cümə günü axşam Kiyev şəhər məhkəməsi 2011-ci ildə Leninin heykəlini partlmaqda günahlandırılan üç fəalın altı il müddətinə həbsə məhkum edilməsi haqda qərar çıxardıqdan sonra baş verib.

Ukrayna mediasının verdiyi məlumata görə, məhkəmə qarşısına toplaşmış insanlar və polis arasında toqquşma zamanı polisin gücdən istifadə etməsi nəticəsində bir neçə nümayişçi və o cümlədən, Yuri Lutsenko ağır xəsarət alıb.

Keçən ilin noyabr ayında Ukrayna prezidenti Viktor Yanukoviçin mövqeyini dəyişərək, Avropa İttifaqı ilə ticarətə dair sazişi imzalamaqdan imtina edib, Rusiya ilə daha yaxın əlaqələr qurmaq kursu götürməsindən sonra paytaxt Kiyev və ölkənin başqa şəhərlərində hökumət əleyhinə nümayişlər keçirilir. Moskva Ukraynanın tənəzzüldə olan iqtisadiyyatını gücləndirmək üçün Rusiya qazının qiymətini azaltmağa söz verib.

Hökumət əleyhdarı nümayişçilər Ukrayna hökumətini Avropa İttifaqı ilə razılaşmalara hörmət etməyə çağırır.
XS
SM
MD
LG