Accessibility links

Ukraynada vəziyyət qonşu ölkələrdə narahatlıqla qarşılanır


Rusiya tərəfdarı hərbi qüvvələrin Krım regionuna toplaşdığı bir vaxt Ukrayna paytaxtı Kiyevdə rəsmiləri regionda 18 min əsgəri qüvvənin mövcud olduğunu bildirib. Müşahidəçilər getdikcə gərginləşən qarşıdurmanı 2008-ci ildə Gürcüstan hadisələrini xatırlatdığını bildirir.

Ukrayna hərbi qüvvələri yarı-hərbi dəstələrin təlimdən qayıtdığı haqda açıqladığı video görüntülər ölkədə qarşdurmanın daha da dərinləşdiyini göstərir.

ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Ceffri: “Hərbi addımların atılması olduqca ciddidir, burada artıq son siqnal göndərilir və bu da quru qüvvələr deməkdir.”

Səfir Ceffri deyir ki, Birləşmiş Ştatların hərbi təlimlər keçirmək üçün Polşa-Ukrayna sərhədinə əsgəri qüvvə göndərməsinin vaxtı gəlib çatıb. “Quru qüvvələr Şərqi Avropada bizim NATO müttəfiqlərimizi müdafiə etmək niyyətində olduğumuzu göstərir.”

Məsələn, NATO üzrə Polşa kimi müttəfiqin müdafiəsi nəzərdə tutulur.

Polşanın Birləşmiş Ştatlardakı səfiri Riçard Şnepf Rusiya tərəfdarı qüvvələrin Krımda təcavüzünün bütün region üçün təhlükə törətdiyini deyir. “Biz hazırda Ukraynada vəziyyəti bizim suverenliyimizə birbaşa təhlükə hesab edirik və vəziyyət Kremlin nəzərincə həll edildikdən sonra, Moldova və mümkündür başqa ölkələr hədəfə çevriləcək.”

Bu ölkələr sırasında Gürcüstan göstərilir. 2008-ci ildə Gürcüstan və Rusiya arasında Abxaziya və Cənubi Osetiya regionları ilə bağlı hərbi qarşıdurma baş vermişdir. Gürcüstan hər iki regionu öz ərazisi hesab edir, Rusiya onları müstəqil dövlət kimi tanıyır. Rusiya öz hərbi qüvvələrini hələ də orada saxlayır.

Gürcüstanın ABŞ-dakı səfiri Arçil Gegeşidze o vaxtkı hadisələrin indi tərəflər üçün dərs olduğunu deyir. Onun sözlərinə görə, Amerikanın 2008-ci ildə fəaliyyət göstərməməsi Ukraynada münaqişə üçün presedent yaradıb. “Rusiyanın Gürcüstanda öyrəndiyi o oldu ki, Rusiya 19-cu əsrin metodları ilə davrana bilər, çünki Rusiya bunun siyasi hesabını ödəmədi.”

Səfir Arçil Gegeşidze müdaxiləyə baxmayaraq, Ukrayna hökumətinin ehtiyatla hərəkət etməli olduğunu deyir. “Ukrayna hökuməti təmkin göstərməlidir, Rusiyanı daha ağır addımlara sövq etməməlidir.”

Böhranın davam etdiyi bir şəraitdə vətəndaşların etiraz aksiyalarını davam etdirməsi həm Ukrayanın özündə, həm də qonşu ölkələrdə narahatlığa əsas verir.
XS
SM
MD
LG