Accessibility links

Donetsk və Luqanskda hökumət binaları üzərində Rusiya bayraqları asılıb


Rusiya tərəfdarları Ukraynanın şərqində Donetsk və Luqansk şəhərlərində hökumət binalarına hücum edərək, Rusiya bayraqları dalğalandırıb və müstəqilliyə dair referendumun keçirilməsinə çağırıb.

Donetskdə böyük bir kütlə regionda hökumət binalarına daxil olaraq, qapıların önündə barrikadalar yaradıb və pəncərələrdən Rusiya bayraqlarını asıb. Yüzlərlə nümayişçi binanın içində olan insanların Ukrayna bayrağını pəncərədən atmasını alqışlayaraq, şəhərin mərkəzi meydanına toplaşıb.

Luqanskda isə iğtişaş polisi və maska taxmış nümayişçilər arasında toqquşma olub. Nümayişçilər təhlükəsizlik qüvvələrinin üzvlərinin metal qalxanlarını əllərində almağa çalışıb.

Rusiya keçən ay Krımda əhalinin Ukraynadan ayrılaraq, Rusiya Federasiyasına qoşulmağa səs verdiyi referendumdan sonra yarımadanı ilhaq edib.

Qərb ölkələri Krımı ilhaq etdiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynanın ərazi bütövlüyünə dəstək bildirir.
XS
SM
MD
LG