Accessibility links

Ukraynanın iki regionu müstəqillik elan edib Rusiyaya qoşulmaq istəyir


Ukraynanın Luqansk regionunda Rusiya tərəfdarları separatçılar qonşu Donetsk özünü müstəqil dövlət elan edəndən az sonra Kiyevdən müstəqilliyini elan edərək, Moskvadan Rusiya Federasiyasına qoşulmalarını istəyib.

Bu addım bazar günü Ukraynanın iki bölgəsində müstəqilliyə dair referendumun keçirilməsindən sonra atılıb.

Rusiyanın dövlətə məxsus RİA Novosti xəbər agentliyi separatçıların lideri Valeri Bolotovun özünü Luqansk Xalq Respublikası elan etmiş qurumun Kiyev rəsmiləri olmadan yeni həyata başladığını dediyi haqda məlumat verib. Bolotov Kieyv rəsmilərini faşizm və milləştçilikdə ittiham edib.

Bundan öncə separatçı lider Denis Puşilin Donetsk Xalq Respublikasını suveren dövlət edib, onun Rusiyaya daxil edilməsini istəmişdir.

Puşilin vəziyyətin pisləşdiyi halda regiona beynəlxalq sülhümühafizə qüvvələrinin gətirilməsi ilə bağlı müraciətin istisna edilmədiyini deyib.
XS
SM
MD
LG