Accessibility links

Ukrayna liderləri separatçıların 13 əsgəri öldürdüyünü bildirir


Ukraine
Ukraine
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Oleksandr Turçinov Rusiya tərəfdarı separatçıların Donetsk regionunda hərbi yoxlama məntəqəsində 13 əsgəri öldürdüyünü bildirib.

O, Volnovaxa şəhəri yaxınlığında gecə baş verən hücum zamanı ölən əsgərlərin “həyatlarını Ukrayna yolunda qurban verdiyini” deyib.

Oleksandr Turçinovun sözlərinə görə, hücumçular qısqa qülləli toplardan, qumbara atan qurğular və avtomat silahlardan istifadə edib.

Donetsk regionu administrasiyasının rəsmilərinin bildirdiyinə əsasən, hücum zamanı 16 nəfər həlak olub, lakin onlar ölənlərin hamısının hökumət qüvvələrinin əsgərləri olub-olmadığı haqda söz deməyiblər.

Hökumət qüvvələrinin bir əsgəri qonşu Luqansk regionunda öldürülüb.

Ukrayna baş nazirinin səlahiyyətlərini icra edən Arseni Yatesnyuk BMT Təhülkəsizlik Şurasını insidentin müzakirəsi ilə bağlı iclas keçirməyə çağırıb. O, Rusiyanı gərginliyin artırılmasında və Ukraynada bazar günü təyin edilmiş prezident seçkisini pozmağa çalışmaqda ittiham edib.
XS
SM
MD
LG