Accessibility links

Avropa rəsmiləri Ukrayna ilə rusiyapərəst separatçılar arasında atəşkəsin bərpası üçün danışıqlara çağırdığı bir vaxt Ukrayna prezidenti Petro Poroşenko müdafiə postlarına yeni rəsmilər təyin edib.

Ukrayna hökuməti Valeri Heleteyi Ukraynanın yeni müdafiə naziri təyin edib. Viktor Muzenko isə ümumi hərbi heyətin rəhbəri olacaq.

Dünən Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri Berlində görüş keçirib.

Rusiya sərhədində döyüşlərin artdığı bir vaxt diplomatlar konsensus əldə edib.

Lakin danışıqların məqsədi ATƏT tərəfindən nəzarət ediləcək şərtsiz və qarşılıqlı razılaşdırılmış davamlı atəşkəsin əldə edilməsinə nail olmaqdır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna liderinin təktərəfli atəşkəsi dayandırmaq qərarını pisləyib.

XS
SM
MD
LG