Accessibility links

Ukrayna təyyarə araşdırmasını hollandlara həvalə etməyə hazırdır


Ukraynanın baş naziri Arseniy Yatsenyuk vurulmuş Malayziya avia laynerinə dair təhqiqatların aparılmasını hollandlara təhvil vermək təklifi ilə çıxış edib. Hollandiya hadisədə ən çox təlafat vermiş ölkədir.

Bu gün Kiyevdə keçirilən mətbuat konfransında Yatsenyuk təyyarəni vurmaqda rusiyapərəst separatçıları təqsirləndirib.

Bu arada üç hollandiyalı təhqiqatçı laynerin düşdüyü yerə gəlib. Qrupun rəhbəri hadisədən dörd gün sonra cəsədlərin qorunub saxlanıla bilməsinin təhqiqatlara kömək edəcəyini deyib.

BMT Təhlükəsizlik Şurasının hadisə baş vermiş əraziyə beynəlxalq nümayəndələrin gedə bilməsini tələb edən yeni qətnamə qəbul edəcəyi gözlənilir.

Təyyarənin vurulması nəticəsində Avstraliya 37 vətəndaşını itirib.

Rusiya prezidenti Vladimir Putin bir daha laynerin vurulmasında Ukraynanı təqsirləndirərək bildirib ki, ötən ay Ukrayna hadisə baş vermiş əraziyə nəzarət edən separatçılara qarşı döyüşlərə yenidən başlamasaydı, laynerin vurulması halı da baş verməzdi.

XS
SM
MD
LG