Accessibility links

Poroşenko Ukraynanın şərqi üçün beynəlxalq yardım missiyasını elan edib


Ukrayna prezidenti Petro Poroşenko
Ukrayna prezidenti Petro Poroşenko

Ukrayna prezidenti Petro Poroşenko prezident Barak Obamanın ölkənin şərqində Luqansk regionuna beynəlxalq humanitar missiya göndərilməsinə dair Ukraynanın təklifini dəstəklədiyini bildirib.

Ukrayna prezidentinin veb səhifəsində bildirilir ki, cənab Poroşenko cənab Obamaya telefon söhbəti zamanı missiyanın Avropa İttifaqı, Rusiya, Almaniya və digər tərəfdaşların iştirakı ilə Beynəlxalq Qırmızı Xaç komitəsinin himayəsi altında həyata keçirilə biləcəyini deyib.

Bundan bir neçə saat öncə Kremlin veb saytında prezident Vladimir Putinin Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso ilə telefon söhbəti zamanı onu Rusiyanın Beynəlxalq Qırmızı Xaç komitəsinin nümayəndələri ilə əməkdaşlıq şəraitində Ukraynaya humanitar konvoy göndərəcəyinə barədə məlumatlandırdığı haqda açıqlama verilib.

Cənab Barrosonun ofisinin verdiyi bəyanatda deyilir ki, o, telefon söhbəti zamanı cənab Putinə humanitar da daxil olmaqla, Ukraynada heç bir bəhanə altında birtərəfli qaydada hərbi əməliyyatlara başlamamasına dair xəbərdarlıq edib.

Rusiya xəbər agentliklərinin verdiyi məlumata əsasən, Xarici İşlər naziri Sergey Lavrov Moskvanın humanitar konvoyla bağlı detallara dair Ukrayna hökuməti ilə razılıq əldə etdiyini deyib. Lavrov həmçinin Rusiyanın Qərb tərəfdaşlarının mane olmayacağına ümid etdiyini bildirib.

XS
SM
MD
LG