Accessibility links

Ukraynada sülhə dair danışıqların iştirakçıları Ukrayna hökumət qüvvələri və Rusiya tərəfdarı separatçıları ayıran bufer zonasının yaradılmasına dair razılıq əldə ediblər.

Şənbə günü Minksdə sülh danışıqları zamanı əldə edilmiş razılığa əsasən, 30 kilometrlik bufer zonasının yaradılması üçün tərəflər artilleriyanı 15 kilomert geriyə çəkməlidir.

Ukrayna, Rusiya, separatçılar və ATƏT nümayəndələrinin keçirdiyi danışıqlar zamanı əldə edilmiş razılığın məqsədi atəşkəs müqaviləsinin gücləndirilməsindən ibarətdir. Sentyabrın 5-də əldə edilmiş atəşkəsin dəfələrlə pozulduğu müşahidə edilib.

1994-cü ildən 2005-I ilə qədər Urkaynanın prezidenti olmuş Leonid Kuçma danışıqlarda Kiyev hökumətini təmsil edib. O, razılığın şərtlərinin gün ərzində həyata keçiriləcəyini bildirib.

ATƏT müşahidəçiləri bufer zonasının yaradılmasını monitorinq edəcəklər.

XS
SM
MD
LG