Accessibility links

Ukrayna parlamenti yeni müdafiə nazirini təsdiqləyib


Ukrayna generalı Stepan Poltorak və prezident petro Poroşenko

Ukrayna generalı Stepan Poltorak və prezident petro Poroşenko

Ukrayna parlamenti yeni müdafiə naziri vəzifədə təsdiqləyib. Bu, mart ayında Rusiyanın Krımı ilhaq etməsindən sonra rəhbərlikdə dördüncü dəyişiklikdir.

Ukrayna Milli Qvardiyasının başçısı Stepan Poltorak avqust ayında Donetskdən şərqdə Ukrayna qüvvələrinin məğlub olmasına görə kəskin tənqidlərlə qarşılaşan Valeri Heleteyi müdafiə naziri vəzifəsində əvəz edəcək.

Keçən ay atəşkə haqda razlığın əldə edilməsinə baxmayaraq, Ukraynanın şərqində ölkənin hərbi qüvvələri və separatçılar arasında döyüşlər davam edir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə danışıqlardan öncə deyib ki, Moskva ABŞ və Avropanın Ukraynada böyrana görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların qaldırılması müqabilində “saxta tələblər”ə əməl etməyəcək.

O, sanksiyaları tətbiq edən ölkələri ticarət məhdudiyyətlərini qaldırmağa çağırıb.

XS
SM
MD
LG