Accessibility links

Ukrayna separatçıların nəzarətində olan regionlara maliyyə verilməsini dayandırır


Ukrayna Rusiya tərəfdarı separatçıların nəzarətində olan bölgələrə hökumət tərəfindən maliyyə ayrılmasını dayandıracağını bildirib.

Baş nazir Arseni Yatsenyuk deyib ki, Donetsk və Luqansk əraziləri “terroçular”ın nəzarətində qaldığı müddətdə bu bölgələrə maliyyə ayrılmayacaq.

Nazirlər kabinetinin iclasında danışan cənab Yatsenyuk hökumətin bu bölgələrə qaz və elektrik verməyə davam edəcəyini bildirib.

Separatçı regionlarda Kiyevdən müstəqilliklərinin təsdiqi məqsədilə bazar günü seçkilərin keçirilib.

ABŞ, BMT və beynəlxalq ictimaiyyətin qeyri-legitim tanıdığı seçkiləri indiyə qədər yalnız Rusiya tanıyıb.

Separatçıların nəzarətində olan regionlarda iki ay bundan əvvəl əldə edilmiş atəşkəsin pozulması halları baş verir.

Çərşənbə axşamı Ukrayna prezidenti Petro Poroşenko Rusiya tərəfdarı separatçıların yeni mümkün hücumlarının qarşısının alınması məqsədilə ölkənin cənub və şərq regionlarındakı şəhərlərdə əlavə əsgəri qüvvənin yerləşdiriləcəyini bəyan edib.

XS
SM
MD
LG