Accessibility links

Ukrayna prezidenti Petro Poroşenko hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında yeddi ay davam edən münaqişə dövründə ilk dəfədir “kövrək” atəşkəsin həqiqətən qüvvədə olduğunu deyib.

Cənab Poroşenkon 24 saat ərzində heç bir tələfatın, ya da xəsarətin müşahidə edilmədiyini bildirib.

Cənab Poroşenko atəşkəs davam edərsə, bunun Ukraynada sülh və sabitlik istiqamətində böyük irəliləyiş olacağını vurğulayıb.

Prezident çərşənbə axşamı tərəfləri sentyabrda imzalanan atəşkəsə dair razılığa riayət etməyə və barışığa çağırıb.

Ukrayna lideri bu açıqlamanı Qərbin yaxın müttəfiqlərindən olan Avstraliyaya üç günlük səfəri zamanı Sidney şəhərində verib.

XS
SM
MD
LG