Accessibility links

Aleksandr Mişenko: Rusiyanın mövqeyi beynəlxalq hüquqa qarşı zor hüququdur


Aleksandr Mişenko

Aleksandr Mişenko

Ukraynanın Azərbaycandakı səfiri Rusiyanın hərəkətlərini kəskin tənqid edib

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Ukrayna və Krımda baş verən hadisələrə bağlı martın 17-də mətbuat konfransı keçirib.

Səfir Rusiyanın Krıma hərbi qüvvələr yerləşdirməsini Ukraynaya qarşı açıq təcavüz, işğal adlandırıb. Kremlin bu addımı “rusdilli əhalinin təhlükəsizliyini qorumaq” adlandırmasını A.Mişenko demaqogiya kimi dəyərləndirib. Rusiyanın mövqeyini “beynəlxalq hüquq”a qarşı “zor hüququ”u adlandırıb.

Ukraynanı müdafiə məsələsində dünya bilriyinin mövqeyini müsbət sayan səfir dünya birliyinin hələ belə birlik nümayiş etdirmədiyini söyləyib. Onun sözlərinə görə, ictimai rəy məsələsində Rusiya təklənib, onun yanında Şimali Koreya və Suriya kimi dövlətlər qalıb. Daha sonra səfir Ukrayna ilə Rusiya arasındakı qarşıdurmanın təkcə bu iki dövlətə aid olmadığını, dünya-Rusiya qarşıdurması olduğunu vurğulayıb.

Səfir Ukraynada rusdilli əhaliyə qarşı hücumlar olması haqda Rusiya KİV-lərinin təbliğatını yalan və böhtan adlandırıb. Onun fikrincə, bu təbliğat XX sərin 90-cı illərində sovet respublikalarında başlamış azadlıq mübarizələrinə Kremlin atdığı yalan və böhtanların davamıdır.

A.Mişenko Ukraynada hadisələrin bu duruma gəlməsinə görə keçmiş prezident Viktor Yanukoviçi və onun vəzifəyə təyin etdiyi ruspərəst məmurları ittiham edib.

Onun sözlərinə görə, Ukraynada baş verənlər təsadüfi deyil, Kremlin məqsədyönlü siyasətinin nəticəsidir. Səfir Ukraynanın şərqində ruslarla yerli əhali arasında hər hansı qarşıdurma olmadığını, bunu Rusiyanın xüsusi xidmət qurumlarının yaratdığını iddia edib.

Rəsmi Kremlin Ukraynada hakimiyyətə faşistlərin gəlməsi təbliğatını yalan sayan səfir bu faşizmi Rusiyadakı faşistlərin yaratdığını bildirib.

Səfir Ukraynaya münasibətdə rus KİV-lərinin informasiyalarını dezinformasiya kimi dəyərləndirib və bu sırada Dmitri Kiselyov və onun kimiləri xüsusi tənqid atəşinə tutub.
Krımda martın 16-da keçirilmiş referenduma gəlincə, səfir dövlətinin bu referendumu və nəticələrini tanımadığını bəyan edib.

Ukraynaya münasibətdə Azərbaycanın rəsmi mövqeyini müsbət sayan Mişenko dövlətinin də hər zaman Azərbaycanın yanında olacağını bəyan edib.

Hələ Rusiyanın düşünməyə vaxtı olduğunu deyən səfir zərərin yarısından da qayıtmağın mümkünlüyini bildirib. Amma Rusiya işğaldan əl çəkmədiyi halda Ukrayna dövləti və xalqının bütün vasitələrlə ərazi bütövlüyünü qorumaq hüququndan istifadə edəcəyini bildirib.
XS
SM
MD
LG