Accessibility links

Azərbaycanın vətəndaş cəmiyyəti Ukraynanı dəstəkləyir


Ukraynaya dəstək aksiyası

Ukraynaya dəstək aksiyası

Vətəndaş cəmiyyətinin nümayəndələri Ukraynanın demokratik, azad dövlət quruculuğunda qələbəsinə əmin olduğunu bildirib

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri iyunun 22-də Kiyevdə keçirilən xalq yığıncağının iştirakçılarına müraciət edərək Ukrayna xalqının azadlıq uğrunda mübarizəsi və Rusiyanın təcavüzünün dəf edilməsində yenilməzliyi ilə həmrəy olduqlarını bildirib.

SKYPE müraciətində Bakıdan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Müsavat Partiyasının sədri İsa Qəmbər və başqaları iştirak edib.

Leyla Yunus xatırladıb ki, 73 il öncə iyunun 22-də səhər saat 4-də faşist Almaniyası Kiyevi bombalayıb. Bu gün isə 21-ci əsrdə Ukrayna Rusiyanın təcavüzünə məruz qalıb.

L.Yunus əmin olduğunu bildirib ki, İkinci Dünya Müharibəsində olduğu kimi, indi də ukraynalılar hazırkı vəziyyətdən qalib çıxacaqlar.

İ.Qəmbər deyib ki, Azərbaycan xalqı Ukrayna hadisələrini, Krımın anneksiyasını xüsusi narahatlıqla qarşılayır, çünki özü də qonşusu tərəfindən təcavüzə məruz qalıb. Rusiyanın dəstəyi ilə Azərbaycan ərazisinin bir hissəsi işğal edilib.

Vətəndaş cəmiyyətinin nümayəndələri həmçinin Ukraynanın avrointeqrasiya yolunda, həm də demokratik, azad dövlət quruculuğunda qələbəsinə əmin olduğunu bildirib.
XS
SM
MD
LG