Accessibility links

Ukraynada iki dövlət rəsmisi həbs olunub


Fövqəladə hallar xidmətinin rəhbəri və onun müavini korrupsiyada ittiham olunur

Ukrayna hökümətindəki sarsıntı iki dövlət rəsmisinin korrupsiya ittihamı ilə həbs olunmasına səbəb olub.

Polis Ukraynanın fövqəladə hallar xidmətinin rəhbəri Sergey Boçkovski və onun müavini Vasil Stoyetskini çərşənbə günü Nazirlər Kabinetinin iclası zamanı nəzarət altına alıb. Onlar televiziya ilə yayımlanan iclasdan əlləri qandallı çıxarılıblar.

Baş nazir Arseniy Yatsenyuk onları müharibə zamanı “xalqdan pul oğurlamaqda” ittiham edib, həmçinin “qanunu pozan və Ukrayna dövlətinə istehza edən hər kəsi eyni aqibətin gözlədiyini” bildirib.

Bundan bir neçə saat öncə isə prezident Petro Poroşenko ölkənin nəhəng neft istehsalçısının müdafiəsi üçün silahlı şəxsləri səfərbər etdiyi üçün bölgə qubernatorunu vəzifəsindən azad edib. Poroşenko bazar ertəsi ölkədə özəl ordulara icazə verilməyəcəyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG