Accessibility links

Ukraynada insanlar Rusiya ilə sazişə etiraz edir


Saziş Rusiya hərbi donanmasının Ukraynanın Sevastopol limanında 2042-cı ilədək qalmasına icazə verir

Ukraynada nümayişçilər Rusiya hərbi donanmasının əlavə 25 il Qara dənizdə qalmasına icazə verən sazişə etiraz edirlər. Sabiq baş nazir Yuliya Timoşenko Kiyevdəki müxalifət qüvvələrini əldə olunan razılığa qarşı birləşməyə çağırıb. O, bu sazişi dövlətə qarşı misilsiz xəyanət adlandırıb. Ukrayna parlamentinin gələn həftənin çərşənbə axşamı razılığı ratifikasiya edəcəyi gözlənilir. Müxalifət liderləri isə bunun baş verməsinin qarşısını almaq üçün əllərindən gələni etməyə söz verib. Saziş Rusiya hərbi donanmasının Ukraynanın Sevastopol limanında 2042-cı ilədək qalmasına icazə verir. Bunun qarşılığında Rusiya Ukraynaya rus təbii qazının qiymətində güzəştlər edəcək. Ukrayna prezidenti Viktor Yanukoviçin sözlərinə görə, saziş ölkənin büdcə defisitini aradan qaldırmağa kömək edəcək.

XS
SM
MD
LG