Accessibility links

Ukraynada münaqişənin həllinə dair səylər artır


Fransa prezidenti Fransua Olland bildirib ki, Ukraynanın şərqində döyüşlərin dayandırılması üçün Fransız-Alman sülh təşəbbüsü fəaliyyətə başlayıb.

Cənab Olland bununla özünün və Alaniya kansleri Angela Merkelin Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi sülh danışıqlarını nəzərdə tutub. Cənab Olland deyib ki, davamlı sülh əldə etmək mümkün olmasa, bu müharibə demək olacaq. O, bu şərhi Münih təhlükəsizlik konfransında çıxışı zamanı verib.

Xanım Merkel isə Münih konfransında deyib ki, sülh planının müvəffəq olub-olmayacağı aydın deyil. O, habelə Qərb silahlarının Ukraynaya göndərilməsi fikirinə etiraz edərək silahların münaqişənin həllinə kömək etməyəcəyini bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Münih konfransında qatılıb. O deyib ki, Ukrayandakı münaqişəyə son qoymağı nəzərdə tutan razılığın baş tutması hələ də mümkündür. Ancaq o, ABŞ və Avropanıın Ukraynaya dair mövqeyini sərt tənqid edərək onları münaqişəni qızışdırmaq məqsədilə addımlar atmaqda ittiham edib.

Sabah xanım Merkerl, cənab Olland, Ukrayna prezidenti Petro Poroşenko və rusiyalı həmları Vladimir Putinin dördtərəfli telefon danışığı aparacağı gözlənilir.

XS
SM
MD
LG