Accessibility links

Ukraynada nümayişçilər polislə toqquşub


Ukraynada iğtişaş polisi paytaxt Kiyevdə nümayişçiləri dağıtmaq üçün su vuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edir.

Prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə paktı imzalamamasından sonra bu gün səhər erkən saatlarında nümayişçilərlı polis toqquşub.

Dünən Avropa Birliyi Rusiyanı Ukraynaya təzyiq göstərərək Avropa bloku ilə azad ticarət razılığının əldə olunmasının qarşısını aldığına görə tənqid edib.

Qərar cənab Yanukoviçin bu həftə Litva paytaxtı Vilnüsdə keçirilən AB sammitindən qayıtmasından sonra açıqlanıb. Həmin zirvə görüşündə Almaniya kansleri Angela Merkel ukraynalılara “Biz daha artığını gözləyirdik” deyib.

Cənab Yanukoviç isə Almaniya liderinə cavabında “Ukraynada iqtisadi vəziyyət ağırdır və bizim Moskva ilə böyük çətinliklərimiz var”, deyə bildirib.
XS
SM
MD
LG