Accessibility links

Ukraynada kütləvi etiraz dalğası


Maska geymiş bir qrup gənc polis kordonuna çubuqlarla hücum etmiş və parlamentə gedən yolu bağlayan avtobusu çevirməyə çalışmışlar. 19 yanvar, 2014.

Maska geymiş bir qrup gənc polis kordonuna çubuqlarla hücum etmiş və parlamentə gedən yolu bağlayan avtobusu çevirməyə çalışmışlar. 19 yanvar, 2014.

Paytaxt Kiyevin mərkəzində on minlərlə nümayişçi Ukraynanın yeni qanununa məhəl qoymayaraq kütləvi etirazlara çıxıb.

Sərbəst toplaşma azadlığını məhdudlaşdıran yeni qanuna etiraz edən adamlar iğtişaş polisi ilə toqquşublar. Nümayişçilər prezident Viktor Yanukoviçin parlamentdə qəbul etdirdiyi yeni qanunun ölkəni polis rejiminə çevirəcəyini deyirlər.

Maska geymiş bir qrup gənc polis kordonuna çubuqlarla hücum etmiş və parlamentə gedən yolu bağlayan avtobusu çevirməyə çalışmışlar.

Müxalifət vətəndaşları yeni qanuna məhəl qoymamağa çağırıb.

Müxalifət liderlərinin çağırışlarına və Vitali Kliçkonun şəxsi müdaxiləsinə baxmayaraq nümayişçilər polislərə hücum etməkdə davam edir.

Bu gün keçirilən nümayiş prezident Viktor Yanukoviçin tərəfdarlarının cənab Yanukoviçi hakimiyyətdən getməyə çağıran yürüşlərin qarşısını almaq cəhdindən sonraya təsadüf edir.

Noyabr ayında prezident Yanukoviç xalqın iradəsinə zidd olaraq Avropa Birliyi ilə ticarət sazişini imzalamayandan sonra hökumət əleydarı nümayişçilər Kiyev və Ukraynanın digər şəhərlərinin küçələrini kütləvi etirazlar bürüyüb.
XS
SM
MD
LG