Accessibility links

Ukraynada gələn həftənin bazar günü keçirilən prezident seçkilərinin birinci mərhələsində milyarder biznesmen Petro Poroşenkonun qalib gələcəyi təxmin edilir.

Seçki öncəsü rəy sorğuları göstərir ki, "Şokolad kralı" kimi tanınan 48 yaşlı Poroşenko sabiq baş nazir Yuliya Timoşenko da daxil olmaqla 18 namizədi geridə qoymağı bacarıb. Poroşenko Moskvanın dəstəklədiyi Yanukoviçin hakimiyyəti dövrü də daxil olmaqla əvvəlki administrasiyalarda xarici işlər və iqtisadiyyat naziri kimi fəaliyyət göstərib.

Ancaq Poroşenko cənab Yanukoviçə qarşı etirazların maliyyələşdirən başlıca şəxs olub. O, habelə Rusiya ilə münasibətlərin yaxşılaşdırılacağına da söz verib.

Poroşenkonun prezident seçkilərindən başlıca rəqiblərindən biri Yuliya Timoşenkodur. Xanım Timoşenko prezident Viktor Yanukoviçin hakimiyyəti dövrü həbs edilsə də, ukraynalıların etirazları nəticəsində o, ölkənii tərk edən kimi sərbəst buraxılmışdı.
XS
SM
MD
LG