Accessibility links

Ukraynada prezident Viktor Yanukoviç gərginlikləri azaltmaq məqsədilə müxalifətin iki liderinə hökumətdə mühüm vəzifə təklif etməsindən cəmi bir neçə saat sonra, gecəyarı polislə nümayişçilər arasında qarşıdurma yenidən başlayıb.

Paytaxt Kiyevin mərkəzində böyük nümayişçi kütləsi hökumət binasını mühasirəyə alıb. Nümayişçilər polislərin olduğu əraziyə daş və tüstü bombaları atıb. Polis cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Dünən Kiyevin Azadlıq meydanında Arseniy Yatsenyuk nümayişçilərə deyib ki, müxalifət siyasi məsuliyyəti qəbul etməkdən çəkinmir. Ancaq onun sözlərinə görə, danışıqların davam etməsi üçün prezident Yanukoviç müxalifətin bir neçə sas tələbinə cavab verməlidir.

Dünən Ukrayna prezidenti Viktor Yanukoviç Yatsenyuka baş nazir, sabiq boksçu Vitali Kliçkoya isə baş nazirin müavini vəzifəsinə təklif edib. Bu təklif qəzəbli aksiya iştirakçıları yanğın bombaları və daşla polisə hücumundan sonra edilib.

Gərginliklər Ukrayna prezidenti Viktor Yanukoviçin hökumətdə dəyişiklik və nümayişlərlə bağlı qanunda düzəliş edilməsinə razılıq verməsindən sonraya təsadüf edir.

Şənbə günü Kliçko bildirib ki, cənab Yanukoviç nümayişçilərin azad edilməsi və son Konstitusiya dəyişikliyinin geri götürülməsi də daxil olmaqla müxalifətin əsas tələblərinə əməl edəcəyinə razılaşıb. Ancaq müxalifət lideri sabiq boksçunun sözlərinə görə, bütün tələblərə qarşılanmayanadək nümayişçilər etirazlara davam edəcək.
XS
SM
MD
LG