Accessibility links

Qərbin hərbi rəsmiləri Ukraynanın şərqindəki rusiyapərəst separatçıların ağır artilleriya və təkmilləşdirilmiş silahlarının artması barədə ciddi narahat olmağa başlayıb.

İnternetdə yerləşdirilən video göstərir ki, raket səsi eşidən insanlar təşvişə düşür.

NATO rəsmiləri deyir ki, video Rusiyanın münaqişəni eskalasiya etməsinə dair başqa bir sübutdur. Video Rusiyanın Qrad raketatanı Ukraynanın daxilində obyektləri hədəf aldığını göstərir.

Pentaqon sözçüsü polkovnik Stiv Vorren: “Orada ağır artileriya və təkmil silahların sayı artır… Xüsusilə biz indi orada zirehli maşınlar, artileriya görürük”.

O deyir ki, bu, Moskvanın sabitliyə dair ictimai çağırışına tərs mütənasibdir. “Bu əməllər bu sözlərlə üst-üstə düşmür. Onların hərəkətlərinə əsgərlərin, ağır artilleriyanın sərhədə yerləşdirilməsi daxildir” – deyə Pentaqon sözçüsü bildirib.

ABŞ-ın yüksək rütbəli rəsmiləri Rusiya silahlarının nəticələri barədə narahatlıqlarını bildirərək deyirlər ki, Ukraynanın An-26 təyyarəsi sərnişin təyyarəsi iyulun 14-də 6000 metr hündürlükdə uçurdu.

O da daxil olmaqla, Ukraynada son iki ayda qəzaya uğrayan təyyarə və vertolyorların bəziləri yer-hava raketi ilə vurulub.

Təhlilçi Şon Okonnor deyir ki, başqa bir incident zamanı Ukrayna quru qoşunları təkmilləşdirilmiş silahlardan hücuma məruz qalıb. “O, Tornado sistemi idi və bu, bir neçə raketi birdən atan yeni təkmilləşdirilmiş sistemdir” – deyə hərbi analitik bildirir. Okonnorun sözlərinə görə, Tornado sistemi elə bir sistemdir ki, o hətta Rusiya daxildən atılsa belə hədəfləri vurmaq iqtidarındadır və Rusiya adətən qızışmaqda olan münaqişələrdə oxşar planlardan istifadə edir.

Ukrayna ordusu Qərb müttəfiqlərindən daha çox yardım istəsə də, indiyədək ABŞ və NATO dəstəyi qeyri-hərbi yardımla məhdudlaşdırır.

XS
SM
MD
LG