Accessibility links

Ukraynalılar islahatların gedişatından və korrupsiyadan narazıdır [Video]


Ukraynalılar korrupsiya və islahatların gedişatından narazıdır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Ukraynalılar korrupsiya və islahatların gedişatından narazıdır

Sorğu nəticələrinə əsasən, iştirakçıların sadəcə 7 faizi korrupsiyaya qarşı mübarizənin nəticə verdiyini düşünür

​Rəy sorğuları göstərir ki, ukraynalılar hazırkı hökümətlərindən narazıdır. Əhalinin cüzi bir hissəsi hüquqi islahatlardan və korrupsiyaya son qoymaq cəhdlərindən qanedir.

İnsanlar Maydan hadisələri zamanı vəd edilən islahatların həyata keçirilmədiyini düşünür

Sorğu sentyabrda Vaşinqtonda fəaliyyət göstərən Seçki Sistemləri üzrə Beynəlxalq Fond tərəfindən təşkil olunub. Fond 1994-cü ildən bəri mütəmadi olaraq Ukraynada sorğular keçirir.

Sorğu nəticələrinə əsasən, iştirakçıların sadəcə 7 faizi korrupsiyaya qarşı mübarizənin nəticələr verdiyini, 6 faizi isə hüquqi və ya hüquq-mühafizə islahatlarının uğurlu olduğunu düşünür. 40 faiz son 12 ayda rüşvət verdiyini etiraf edib.

“İnsanlar Maydan hadisələri zamanı vəd edilən islahatların həyata keçirilmədiyini düşünür.”

Fonddan Rakeş Şarma 2004-cü ildən bəri Ukrayna liderləri əleyhinə keçirilən kütləvi nümayişləri ukraynalıların “üçüncü Maydan”a hazırlaşdıqlarının əlaməti hesab etmir. Həmin nümayişlərdən ən sonuncusu ötən il rusiyapərəst prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələndi.

“Böyük əksəriyyət, 70 faizə yaxın insan deyir ki, Maydan vədlərinin yerinə yetirilməsinin yeganə yolu - ölkənin status-kvosunu qorumqda marağı olmayan yeni nəsil rəhbərliyin gəlməsidir."

Əgər hökümət islahatları həyata keçirməsə ukraynlıların ölkələrinin tutduğu yolla bağlı fikirləri dəyişə bilər. Bu barədə Vaşinqtonda yerləşən Amerika Xarici Siyasət Şurasından Ueyn Merri xəbərdarlıq edir.

Böyük əksəriyyət, 70 faizə yaxın insan deyir ki, Maydan vədlərinin yerinə yetirilməsinin yeganə yolu - ölkənin status-kvosunu qorumqda marağı olmayan yeni nəsil rəhbərliyin gəlməsidir

“Əgər Ukrayna xalqı yeni nəsil siyasətçilərdən və Avropa ilə bağlı gözləntilərindən narazı qalsalar, ikinci Maydanın nailiyyətlərinin dəyişilməz olduğunu gözləmək olmaz.”

Rəy sorğusu Krımdan başqa ölkənin bütün digər hissələrində keçirilib. Qara Dəniz sahilində yerləşən Krım yarımadası ötən il Rusiya tərəfindən ilhaq olunub. Bundan əlavə, Ukraynanın şərqinə Rusiyanın dəstəklədiyi separatçılar nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG