Accessibility links

Ukrayna müvəqqəti prezidenti Krımın Rusiyaya birləşməsinə dair keçirilməsi planlaşdırılan referendumun ləğv edilməsinə dair sərəncam imzalayıb. Buna baxmayaraq Krım rəsmiləsi səsvermənin keçiriləcəyinə söz verib.

Müvəqqəti prezidenti Oleksandr Turçinov sərəncamı cümə axşamı Moskvanın dəstəklədiyi Krım parlamenti yarımadanın Rusiyaya birləşməsinə dair referendumun martın 16-da keçiriləcəyini bəyan etməsindən bir gün sonraya təsadüf edir.

Cənab Turçinov keçirilməsi planlaşdırılan referendumu "Şou" adlandırıb və Rusiya ordusunun səsverməni təşkil etməsini pisləyib. O, Ukrayna parlamentinin ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyacağını deyib.

Ölkənin baş naziri Arseniy Yatsenyuk regionun keçirəcəyi referendumun nəticələrinin heç bir sivil dövlət tərəfindən qəbul edilməyəcəyini deyib.

Ukrayna ilə Rusiya arasında münasibətlər bir həftə əvvəl Rusiya ordusunun Krım yarımadasına daxil olmasından sonra daha da gərginləşib.
XS
SM
MD
LG